"Qalatasaray"ın futbolçusu Mauro İkardi komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Xəbərdə argentinalı hücumçunun İstanbulda sıxıldığı və mövsüm bitdikdən sonra "sarı-qırmızılar"ı tərk edəcəyi bildirilib. 31 yaşlı forvardın ayrılmaq üçün kluba 9 milyon avro ödəyəcəyi və bununla bağlı razılıq əldə olunduğu iddia edilir.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 43 rəsmi matçda 28 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun kkubla müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi