"Kocaelispor"un prezidenti Rəcəb Durul "Bodrumspor"a məğlubiyyətdən (0:3) sonra komandanın performansından danışarkən, azərbaycanlı hücumçu Ramil Şeydayevin oyunundan narazı olduğunu bildirib.
Sportal.az xəbər verir ki, Durul “En Kocaeli”yə danışarkən Şeydaev barədə bunları deyib:
"Rəqib bizi məğlub etmək istəyirdi, amma biz bunu özümüz bacardıq. “Bodrumspor”un oyunun yaxşı analiz edə bilmədik. Yəqin ki, onlardan bu cür oyun gözləmirdik. Onlar qələbə qazanmağı daha çox istəyirdilər. İlk hissədə fərdi səhvlərdən sonra iki qol buraxdıq. Bizim xeyrimizə iki penalti verilmədi. Oyuna Emirin libero, Ramil Şeydayevin isə hücumçu kimi çıxması oyunumuzu zəiflətdi. Kifayət qədər qol vəziyyətləri yaratmadıq. Ramil də bu baxımdan o qədər də faydalı olmadı".
“Kocaelispor” 33 turdan sonra 55 xalla 6-cı pillədədir.
saytlarin hazirlanmasi