"Qalatasaray"ın ulduzundan gələcəyi ilə bağlı vacib qərar

16:51 - 6 May 2024

"Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatan Dris Mertens gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, belçikalı hücumçu İstanbul təmsilçisini tərk etməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

37 yaşlı futbolçu "sarı-qırmızılar"la 1 illik yeni sözləşmə imzalayacaq. Təcrübəli forvard yeni müqavilə ilə daha az maaş alacaq.

Qeyd edək ki, Dris Mertens 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 48 rəsmi matçda 11 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti