Türkiyə I Liqasında mübarizə aparan "Sakaryaspor" baş məşqçi Tuncay Şanlını istefaya göndərib.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Tuncay Şanlı 2023-cü ilin sentyabr ayında baş məşqçi təyin olunmuşdu. Komanda I Liqada 33 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi