Sergen Yalçın "Antalyaspor"dan ayrılacaq

12:38 - 7 May 2024

"Antalyaspor"un baş məşqçisi Sergen Yalçın gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis mövsümün sonunda komandanı tərk edəcək. Bu barədə məşqçi öz "Pendikspor"la matçdan sonra keçirilən mətbuat konfransında məlumat yayıb.

Sergen Yalçının adı "Beşiktaş"la hallanır. İstanbul təmsilçisinin rəhbərliyi türk məşqçi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki. Sergen Yalçın bu ilin yanvar ayında "Antalyaspor"un baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti