"Betis"in qapıçısı Klaudio Bravo mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın qolkiperi Əndəlusiya klubunda qalmayacaq.
Çilili futbolçunun müqavilə müddəti artırılmayacaq. Bu mövsüm 9 matçda meydana çıxan Bravonun Çiliyə qayıdacağı gözlənilir.
41 yaşlı qapıçı "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" komandalarının qapısını qorumuşdu.
saytlarin hazirlanmasi