"Fənərbaxça" mövsümün sonunda kkubla müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk futbolçunu komandada saxlamayacaq. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Klub rəhbərliyi 29 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif etməyəcək. Təcrübəli oyunçu azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Mert Hakan Yandaş 2020-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi