"Bavariya" Çempionlar Liqasının yarımfinal matçında "Real"a uduzaraq avrokuboklardan kənar qalıb.
Sportal.az xəbər verir ki, belədə, Münhen təmsilçisinin mövsümü kuboksuz başa vuracağı dəqiqləşib.
"Bavariya" son dəfə məhz 2012-ci ildə mövsümü kubok qazanmadan başa vurmuşdu. 12 ildən sonra Almaniya klubu şəxsi antirekordunu təkrarlamış olub.
Qeyd edək ki, münhenlilər Almaniya Bundesliqasında "Bayer"lə mübarizədən məğlub ayrılmışdı.
saytlarin hazirlanmasi