"Beşiktaş"ın heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları Raşid Qezzal və Milot Raşitsa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Türkiyə Kubokunun "Ankaragücü" ilə yarımfinal matçında (1:1) ayaq əzələsindən zədə alıb. Təcrübəli vingerlərin müalicəsinə başlanılıb.
Onların iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
saytlarin hazirlanmasi