"Antalyaspor"un baş məşqçisi Sergen Yalçın mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, Antalya təmsilçisi yeni mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb.
Super Liqa klubunun Volkan Demirellə anlaşdığı bildirilir. Yaxın zamanda tərəflər arasında rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, Volkan Demirel son olaraq "Hatayspor"u çalışdırıb.
saytlarin hazirlanmasi