"Fənərbaxça" Türkiyə Super Liqasının 37-ci turunda səfərdə "Qalatasaray"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, İsmail Kartalın rəhbərlik etdiyi kollektiv görüşə ciddi itkilərlə çıxacaq.
İrfan Can Kahveci, Cengiz Ünder, Serdar Aziz və İsmail Yüksek zədəlidir. Müdafiəçi Rodriqo Bekan isə cəzalı durumdadır.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması bu gün Bakı vaxtilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi