Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor”da vəziyyət ağır olaraq qalır.
Sportal.az xəbər verir ki, UEFA-nın sanksiyaları ilə yanaşı, klub maliyyə çətinlikləri də yaşayır. Artıq 5 aydır ki, Məhəmmədəliyev də daxil olmaqla futbolçular maaşlarını almırlar.
Klub hazırda xarici investorlara satılmaq ərəfəsindədir.
Qeyd edək ki, Məhəmmədəliyev mövsümün əvvəlində “Adana Demirspor”la iki illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi