Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Yusuf Erdoğan klubdan ayrılıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
31 yaşlı vinger bir neçə aydır maaş ala bilmədiyi üçün müqaviləsini birtərəfli ləğv edib.
Qeyd edək ki, Yusuf Erdoğan bu mövsüm "Adana Demirspor"un heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi