"Kəpəz" bu mövsüm heyətdə yer alan legionerlərdən bəzilərini komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi bu mövsüm üçün heyətinə cəlb etdiyi İqor Rodriqesi buraxmaq niyyətində deyil.
Premyer Liqa təmsilçisi portuqaliyalıya yeni müqavilə təklif edib.
Onun müqavilə müddəti bir illik artırılacaq. 29 yaşlı qolkiper 2023-cü il oktyabrın 12-də “Kəpəz”lə müqavilə imzalayıb və anlaşmaya əsasən o, 2024-cü il iyunun 30-na qədər Gəncə klubuna məxsus olacaq.
29 yaşlı futbolçu “Toça”, “Sportinq Kovilya”, “Benfika”, “Eştoril”, “Çaveş”, “Feyrense” klublarının qapısını qoruyub.
saytlarin hazirlanmasi