Şotlandiya millisinin AVRO-2024 üçün ilkin heyəti bəlli olub.
Sportal.az xəbər verir ki, Stiven Klark milliyə 28 futbolçunun adını daxil edib.
Onlardan 26-ı Almaniyada keçiriləcək qitənin mötəbər turnirində oynamaq şansı qazanacaq:
Qapıçılar: Anqus Qann ("Norviç"), Zender Klark, Kreyq Qordon (hər ikisi "Harts"), Liem Kelli ("Mazeruell")
Müdafiəçilər: Endro Robertson ("Liverpul"), Kiran Tirni ("Real Sosyedad"), Cek Hendri ("Əl-İttifaq"), Rayan Porteus ("Uoltford"), Liem Kuper ("Lids"), Skott Makkenna ("Kopenhagen"), Qrant Henli ("Norviç"), Qret Teylor, Entoni Ralston (hər ikisi "Seltik"), Con Suttar ("Reyncers"), Ross Makkori ("Bristol Siti")
Yarımmüdafiəçilər: Kallum Makqreqor ("Seltik"), Rayan Kristi ("Bormunt"), Billi Qilmor ("Brayton), Con Makqinn ("Aston Villa"), Kenni Maklin ("Norviç"), Skott Maktominey ("Mançester Yunayted"), Styuart Armstornq ("Sauthempton"), Rayan Cek ("Reyncers").
Hücumçular: Lindon Dayks ("Kuinz Park Reyncers"), Çe Adams ("Sauthempton"), Lourens Şenklend ("Harts"), Ben Douk ("Liverpul"), Ceyms Forrest ("Seltik).
Şotlandiya millisi A qrupunda Almaniya, İsveçrə və Macarıstan milliləri ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi