"Qarabağ" Avropa Liqası liqa mərhələsinin ilk turu çərçivəsində səfərdə "Tottenhem"in qonağıdır.
Sportal.az xəbər verir ki, qarşılaşma nəzərdə tutulduğu vaxtdan gec başlayacaq. Buna səbəb Azərbaycan çempionunu stadiona aparan avtobusun Londonda tıxaca düşməsidir. Bu barədə İngiltərə mətbuat məlumat yayıb.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı saat 23:00-da start götürməli idi.
saytlarin hazirlanmasi