Rusiya mətbuatı “Tottenhem”in Avropa Liqasının əsas mərhələsinin 1-ci turunda Londonda “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, “Sport Ekspress” nəşri Azərbaycan çempionunun Londondakı görüşdə yaxşı oynadığını, eyni zamanda isə bəxtinin gətirmədiyini yazıb:
"Londondakı oyun güclü yağış səbəbindən digər matçlardan gec başladı və komandaların vaxtında stadiona gəlməsinə mane oldu. Məlum oldu ki, məcburi fasilə və yaş qazon ən pis “Tottenhem”in müdafiəçisi Draquşinə təsir edietdi. Rumıniyalı topla yöndəmsiz davrandı, bundan sonra qapıya doğru qaçan Juninyonu yerə yıxmalı oldu. Nəticə "Spurs"un avrokubok tarixində ən erkən qırmızı vərəqə ilə cəzalandırılmasına (7-ci dəqiqə) və ilk dəfə qitə miqyaslı turnirdə londonluların heyətində ilk matçına çıxan oyunçunun qovulması ilə yekunlaşdı.
Düzdür, Angelos Postekoqlunun komandası bunu hiss etmədi və çox erkən hesabı açdı. Ardıcıl üçüncü matçda qol vuran Conson isə topu ötürərək qapıçının üstündən ata bilmədi. Elvin Cəfərquliyevin qapı qarşısında tək qalan Juninyonu cərimə meydançasının mərkəzində tapsa da, Azərbaycan çempionunun ən yaxşı “snayper”i ayağını topun altına düz qoya bilmədi.
Qurban Qurbanovun komandası əla kombinasiyalı futbol nümayiş etdirdi, lakin onların bəxti gətirmədi. Juninyonun qolu oyundankənar vəziyyətə görə ləğv olundu, Elvin Cəfərquliyevin zərbəsini Vikario doqquzluqdan çıxardı, Toral Bayramov isə penaltini ümumiyyətlə, göyə vurdu. “Tottenhem”in isə səviyyəsi sadəcə daha yüksəkdir və bu, istənilən səhvə görə cəzalanmağa imkan verirdi. Künc zərbəsini yerinə yetirərkən qapıçının çıxışda uğursuz oyunu - Sarrın qolu ilə nəticələndi. Sonun zərbəsini qapıçı dəf etdi, qayıdan topa isə Solanke çatdı. “Qarabağ”ın digər rəqiblərə qarşı şansları daha yüksək olacaq".
saytlarin hazirlanmasi