“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Rumıniya FKSB klubu ölkə çempionatında növbəti matça çıxıb.
Sportal.az xəbər verir ki, Rumıniya liqasının 11-ci turunda FKSB səfərdə "Sepsi"yə 1:0 hesabı ilə qalib gəlib.
Hazırda "Qarabağ"ın rəqibi 13 xalla 10-cu pillədə qərarlaşıb.
"Qarabağ" - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi