"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva Avropa Liqasının əsas mərhələsinin 2-ci turunun sabah Bakıda "Malmö"yə qarşı keçirəcəyi oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə (3:2) zədələnib və 64-cü dəqiqədə əvəzlənib.
Onun İsveç klubu ilə matçda meydana çıxmayacağı dəqiqləşib.
Qeyd edək ki, "Qarabağ"da həmin cinahda oynayan digər futbolçusu Marko Vesoviç oynamayacaq. O da zədən sonra bərpa prosesini keçir.
"Qarabağ" - "Malmö" matçı sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi