"Qarabağ"ın hücumçusu Juninyo Avropa Liqas liqa fazasının "Malmö" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az braziliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Bizi çox önəmli oyun gözləyir. Çünki bütün ölkə, şəhər, azarkeşlər və komandamız üçün vacib oyundur. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.
- Üç oyundur ki, avrokuboklarda fərqlənə bilmirsən. Bu, nə ilə bağlıdır?
- İmkanlar olsa da, istifadə edə bilmirəm. Bütün bunları aradan qaldırmağın bir yolu var. O da məşqlərdə əzmlə çalışmaqdır. Baş məşqçimiz də mənə kömək edir ki, daha məhsuldar olum, komandaya çox xeyrim dəysin.
- Çempionlar Liqasında daha çox qol vururdun. Əvvəlki Juninyonu görmürük sanki. Bu haqda nə deyə bilərsən?
- Çempionlar Liqası qitənin ən nüfuzlu klub turniridir. Orada oynamaq mənim də arzumdur. Amma Avropa Liqasında oynamağı da arzulamışam. Bu yarışlarda fərq görmürəm. Eyni motivasiya,eyni istək var. Eyni Juninyonu görmək istəyirsiz. Bu futboldur. Bəzən uğursuzluq seriyası olur, top qapıya getmək istəmir. Bu çatışmazlığı aradan qaldırmaq üçün məşqlərdə daha çox işləmək lazımdır. Əsas odur ki, yanımdakı insan, baş məşqçimiz mənim işimə inanır, mən də özümə güvənirəm. Ümid edirəm ki, tezliklə qollar gələcək. Əvvəlki və indiki Juninyo arasında fərq yoxdur. Elə həminkiyəm, heç nə dəyişməyib. Qoldan çox, yaxşı oynamağı fikirləşirəm. Qollar da daha çox işləməyin nəticəsidir.
Mirbağırağa
saytlarin hazirlanmasi