UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda “Malmö”yə uduzmasını (1:2) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA İsveç çempionunun layiqli qələbə qazandığını yazıb:
"Birinci turda “Tottenhem”ə uğursuz səfərindən sonra “Qarabağ” yenə uduzdu. Bu dəfə isə daha bərabərsəviyyəli oyunda və uğur üçün daha böyük ümidlər olan görüşdə. Juninyo öz üslubunda müdafiəçilərdən qaçaraq “Malmö”nün qapısına yol tapdı. Ancaq demək olar ki, dərhal Erik Botheim Buzanellonun ötürməsini qola çevirdi. Fasilədən sonra “Malmö” topa sahib olmaqda üstün idi. “Qarabağ” təbii ki, heç olmasa hesabı bərabərləşdirməyə çalışsa da, “Malmö” heç bir səhvə yol vermədi. Ağdam təmsilçisində sürət və qeyri-standart həll yolları yox idi, qonaqlar isə müdafiədə kifayət qədər sadə, eyni zamanda çox savadlı, ən əsası isə etibarlı çıxış edərək məqsədlərinə nail oldular. “Qarabağ”ın oyunçuları çox təlaşda idi, effektivlik az oldu. İsveçlilər isə soyuqqanlılığı və dəqiq icraya görə üç xala layiq idi".