"Qarabağ" daha bir legionerini komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubu Patrik Andradenin müqavilə müddətini artırmaq istəyir.
Kabo-verdeliyə yeni 1 illik müqavilə təklif olunacaq. Afrikalı yarımmüdafiəçinin “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
31 yaşlı futbolçu “Sportinq”(Praya), “Desportivo Praya”, “Ribeyrao”, “Moreyrense”, “Famaliakao”, “Salqeyros”, “Çerno More”də oynadıqdan sonra 2022-ci ildə “Qarabağ”a keçmişdi.
2022-2023-cü illəri isə “Partizan”da(Serbiya) keçirmiş Andrade sonra yenidən Azərbaycan çempionu ilə anlaşmışdı.
Əlavə edək ki, "Qarabağ"ın Andradedən savayı Mateus Silvanın da müqavilə müddətini artıracağı gözlənilir.