Xeyli müddətdir ki, zədədən əziyyət çəkən Marko Veşoviç nəhayət sıraya qayıdır. Sportal.az-ın "Qarabağ"ın mətbuat xidmətindən aldığı məlumata görə, monteneqrolu futbolçu bu gündən komandanın məşqlərinə qoşulacaq.
Baldır əzələsinin dartılmasından əziyyət çəkən futbolçu ilk vaxtlarda qismən kollektiv məşqlərdə iştirak edəcək. Daha sonra bərpa prosesinin gedişatına uyğun olaraq oynamağa tam hazır vəziyyətə gətiriləcək.
Qeyd edək ki, "Qarabağ"ın digər zədəlisi Mateus Silva hələ 2 həftə yaşıl meydanlardan kənar qalacaq.
saytlarin hazirlanmasi