“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi olan Rumıniyanın FKSB klubu ölkə çempionatının 13-cü turun oyununa çıxıb.
Sportal.az xəbər verir ki, “qırmızı-göylər” səfərdə “Dinamo”nun (Buxarest) qonağı olub. “Qarabağ”ın rəqibi 2:0 qalib gəlib.
Hazırda FKSB 19 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi