UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Qarabağ"da meydana çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matç Amsterdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" turnirdə bundan əvvəl keçirdiyi oyunlarda "Tottenhem" (0:3) və "Malmö"yə (1:2) məğlub olub.
UEFA Avropa Liqası, Liqa mərhələsi
III tur
24 oktyabr
20:45. "Qarabağ" - "Ayaks" (Niderland) 0:3
Qollar: Kennet Teylor, 36, Vaut Veqorst, 74 (pen), Çuba Akpom, 77
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
saytlarin hazirlanmasi