Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"a 0:3 uduzduğuna görə ölkənin əmsalını artırmağı bacarmayıb.
Hazırda 28-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-dir. Reytinq cədvəlində Azərbaycanla eyni əmsala malik Bolqarıstan 27-ci yerdədir.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.
saytlarin hazirlanmasi