Niderlandın “Ayaks” klubunun futbolçusu Vaut Veqorst Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan təcrübəli hücumçu paytaxtımızda 3:0 hesabı ilə qazandıqları qələbə haqda bunu deyib:
“Asan olmadı. “Ayaks” xüsusilə matçın ilkin mərhələlərində təzyiq altında idi. Amma rəqibin qırmızı vərəqə almasından sonra üstünlük bizə keçdi. Təbii ki, hələ də yaxşılaşdıracağımız şeylər var. “Qarabağ”ın oyunçuları daim hakimdən kart tələb edirdilər. Mən uşaqlara dedim ki, bunu müzakirə etməsinlər. Taylora ötürmə verməyimə gəlincə, mən sadəcə uzaq küncə zərbə vururdum (gülür). Penalti? Mövqe tutmaq və onu qəbul etmək üçün uyğun anı tapmaq lazım idi. Xoşbəxtlikdən hər şey alındı”.
saytlarin hazirlanmasi