"Bir çoxları kimi məndə "Qarabağ"ın "Ayaks"la görüşdə uğurlu nəticə qazanacağına ümidliydim. Rəqib "Ayaks" olsa belə, bunun baş verəcəyinə inanırdım. Çünki "Qarabağ" zaman-zaman güclü komandalarla görüşlərdə layiqli oyun göstərərək, bizi sevindirib".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Kənan Kərimov deyib.
Veteran hücumçu "Qarabağ"ın Avropa Liqasının Ağdam klubunun Avropa Avropa Liqasındakı performansını dəyərləndirib: "Təbii ki, qırmızı vərəqənin, hakimin olmayan penaltini verməsinin oyuna, nəticəyə böyük təsiri oldu. Unutmayaq ki, "Qarabağ" güclü rəqiblərlə qarşılaşıb. Məğlub olduqları komandalar da olduqca güclüdür. Hələ qarşıda 5 matç var. Çox ümidliyik. Pley-off mərhələsinə çıxmasaq belə, qarşıdakı matçlarda qalibiyyət olacağına inanıram. Ən azından iki matçda qalib gələcəyimizi düşünürəm. Düzdür, həmin rəqiblər də güclüdür. "Qarabağ"a uğurlar arzulayıram. Allah qoysa, bu çətin vəziyyətdən çıxarlar".
Mirbağırağa
saytlarin hazirlanmasi