Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un yeni transferi sıradan çıxıb.
Sportal.az xəbər verir ki, Yunanıstan çempionatının 9-cu turunun "Asteras"la görüşündə meydana sonradan daxil olan Yusuf Yazıcı zədələnib.
Türkiyə millisinin üzvünün sol ön çarpaz bağlarının qopduğu bildirilir. Onun mövsümü indidən başa vurduğu açıqlanıb.
Belədə, Yazıcının Avropa Liqasının əsas mərhələsində "Olimpiakos" - "Qarabağ" görüşündə meydana çıxmayacağı da dəqiqləşib.
Qeyd edək ki, Pireydə keçiriləcək matç 2025-ci il yanvarın 30-da baş tutacaq.
27 yaşlı futbolçu “Trabzonspor”, “Lill”, ÇSKA(Moskva) klublarında oynadıqdan sonra bu yay “Olimpiakos”la anlaşmışdı. O, 2027-ci il iyunun 30-na qədər Yunanıstan klubuna məxsusdur.
saytlarin hazirlanmasi