“Qarabağ”ın prezidenti "Lion"la görüş barədə: "Çox ümidliyəm"

15:08 - 12 Noyabr 2024

"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda "Lion"a qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb.

Sportal.az "Azərtac"a istinadən xəbər verir ki, klub rəhbəri Fransa klubu ilə keçiriləcək oyunun çətin alınacağını deyib: 

"Mən çox ümidliyəm. Klubuma inanıram. Hər zaman deyirdim ki, "Qarabağ" ən yaxşı formadadır. Şükürlər olsun ki, “Budyo-Qlimt”lə son oyunda bunu sübut etdik. Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək üçün hələ də şansımız var".

Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Xəbər xətti