Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da keçiriləcək.
saytlarin hazirlanmasi