Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leroy Sane İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Sane "Mançester Yunayted"də oynamaq istəmir. 28 yaşlı futbolçu "Arsenal"a keçməyə isti yanaşır. Təcrübəli oyunçu qərarını yayda verəcək.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi