Azərbaycan milli komandası üçün Millətlər Liqasının C1 qrupunun 5-ci turunun Qəbələdə Estoniya yığmasına qarşı keçirəcəyi oyun əsas həlledici ola bilər.
Sportal.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv məğlub olarsa, millimiz D Divizionuna yuvarlanacaq. Çünki hazırda A millimiz C Divizionunda sonuncu pillədəki komandalar arasında ən pis göstəriciyə malikdir.
AFFA isə millimizin oyunçularına qələbə sayəsində, əsas heyət üzvünə 10 min manat bonus verəcək.
Azərbaycan - Estoniya oyunu sabah Qəbələ şəhər stadionunda keçiriləcək və görüşə saat 18:00-da start veriləcək.
saytlarin hazirlanmasi