Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion”un yarımmüdafiəçisi Rayan Çerki “Liverpul”a keçə bilər.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Fransa klubunun 21 yaşlı yarımmüdafiəçisini artıq bu qış transfer etməyi planlaşdırır. “Lion"la müqavilə müddətini 2026-cı il iyunun 30-na qədər artıran Çerki “Liverpul”a keçməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. “Lion” fransalı üçün 20 milyon avro qiymət qoyub. Fransa klubu maliyyə problemləri yaşadığı üçün Rayanı satmaq istəyir.
“Qarabağ”ın rəqibi qışda onu satacaq.
Qeyd edək ki, “Qarabağ” – “Lion” matçı noyabrın 28-də keçiriləcək.
saytlarin hazirlanmasi