Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Millətlər Liqasının 5-ci turunun Uelslə matçında sarı vərəqə görərək cəzalı duruma düşən Abdulkərim Bardakçı yığmanın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
U-21 millisindən "Trabzonspor"un futbolçusu Cihan Çanak əsas milliyə cəlb olunub.
Qeyd edək ki, Türkiyə seçməsi UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə Monteneqronun qonağı olacaq. Qarşılaşma 19 noyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi