"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano komanda liderləri - Lionel Messi, Luis Suarez, Serxio Busquets və Jordi Alba ilə münasibətlərlə bağlı suallara cavablandırıb.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan argentinalı mütəxəssis əvvəllər birlikdə "Barselona"da çıxış etdiyi adıçəkilən futbolçular haqda bunları deyib:
"Mən onlara dedim ki, paltardəyişmə otağına girib dost olmamış kimi davranmaq fikrində deyiləm. Xorxeyə (“İnter Mayami”nin sahibi”), Leo və digər uşaqlara da bildirdim ki, iş üçün illər ərzində qurduğum münasibətləri təhlükəyə atmayacam. Mən belə insan deyiləm. Axı həyat futboldan kənarda davam edir".
Maskerano ötən həftə "İnter Mayami" ilə üç illik müqavilə imzalayıb.