Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi əməliyyat olunub.
Sportal.az xəbər verir ki, əməliyyatı uğurlu keçən moldovalı müdafiəçi bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan sonrakı bütün proses klub rəhbərliyi və klub həkimlərinin nəzarətində olacaq.
saytlarin hazirlanmasi