"Xəzər Lənkəran"a getdiyim üçün oğlumu SOCAR-dan işdən çıxardılar"

11:34 - 6 Dekabr 2024

Azərbaycanın təcrübəli mütəxəssislərindən olan Ağasəlim Mircavadov uzun illərdi sual altında qalan bir məsələyə aydınlıq gətirib.

Sportal.az "rekord"a istinadən xəbər verir ki, o, 2006-cı ildən "Neftçi"dən "Xəzər Lənkəran"a gedişinə və buna görə o vaxt "Neftçi"nin prezidenti olan Rövnəq Abdullayevin qəzəbinə tuş gəlməsinə dair illərdə formalaşan fikirə münasibət bildirib.

Hansı ki, yayılan söhbətlərə görə, Abdullayev bu addımı Mircavadova bağışlamayıb və sonradan federasiya prezidenti seçiləndə də yaxın çevrəsinə "nə qədər mən AFFA prezidentiyəm, Ağasəlim futbolda işləməyəcək" fikirini deyib. Mircavadov ilk dəfə bu məsələyə aydınlıq gəturib:

"Birincisi, məndən "Neftçi"də qalıb-qalmayacağımla bağlı soruşmamışdılar. Heç çıxardılacağımla bağlı da mənə heç nə deməmişdilər. Halbuki, bir məşqçini çıxarmaq istəyəndə ən azı hörmət xatirinə ona deyirlər ki, filan-filan məsələlər var, ona görə bizdə alınmayacaq. Amma mənim üzümə qarşı deməmişdilər ki, səni çıxardırıq. Belə vəziyyətdə mən "Nefrçi"dən ayrıldım. Hansı ki, bizim "Neftçi" rəhbərliyi ilə başqa planlarlmlız var idi, başqa cür söhbətimiz olmuşdu. Mən "Neftçi"dən ayrılanda heç "Xəzər Lənkəran" söhbəti yox idi.  Bunu sizə tam səmimi deyirəm. "Xəzər Lənkəran" rəhbərliyi də sağdı, özünüz də hər birindən soruşa bilərsiniz. Mən ayrılandan sonra "Neftçi"yə Qurban Qurbanovu gətirdilər. Qurban müəllim də gələndən sonra mənə zəng edib halallıq istəmişdi və mən də demişdim ki, halal xoşun. O ki qaldı "Xəzər Lənkəran"dan sonra işsiz qalmağıma, mən çox istəyirdim işləyim. Hətta kateqoriya oxumaq haqda da fikirləşirdim. Lakin mədəni şəkildə mənə dedilər ki, yorulmusan, bir qədər dincəl. Mən isə deyirdim ki, mən elə insanam ki, öləndə də gərək meydançada öləm. Hiss elədim ki, mənim haqda başqa fikirdədilər. Məşqçilər Komitəsinə də bir məsələ var idi, ona görə getdim. Mən "Xəzər Lənkəran"a gedəndə kiçik oğlum SOCAR-da işləyirdi. Daha doğrusu, SOCAR-ın bir qolu olan şirkət idi. Elə böyük iş də deyildi, aylıq 300 manat maaş idi. Mən "Xəzər Lənkəran"a gedəndən sonra uşağı ordan çıxartdılar. Sonra eşitdim ki, onu ordan elə məni "Neftçi"dən çıxardanlar çıxardıb".

Xəbər xətti