Portuqaliya millisinin sabiq üzvü karyerasını başa vurdu

13:21 - 9 Dekabr 2024

Portuqaliya milli komandasının sabiq futbolçusu Nani aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edərək.

Təcrübəli oyunçunun oynadığı son klub "Eştrela Amadora" olub.

Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya", "Latsio" və "Adana Dəmirspor" kimi klublarının formasını geyinib.

Nani 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, və AVRO-2016-nın çempion titulunu qazanıb.

Xəbər xətti