Rusiya mətbuatı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda İsveçin “Elfsborq” klubuna Burosdakı (0:1) məğlubiyyətindən yazıb.
Sportal.az xəbər verir ki, “Спорт-Экспресс” nəşri Azərbaycan çempionunun İsveçdəki uğursuz çıxışı haqda bunları qeyd edib:
"İsveçdəki matç əslində “Qarabağ”ın pley-offa çıxmaq uğrunda mübarizəyə müdaxilə etmək üçün son şansı idi və birinci hissədə tərəzi istənilən istiqamətə dönə bilərdi. Belə ki, Azərbaycan klubunu bir hücumda qapı dirəyi xilas etdi. Buna cavab olaraq Juninyonun başla vurduğu zərbə qapıdan santimetrlərlə yan keçdi. “Elfsborq” pley-offa ümidsizcəsinə yapışır, Qurban Qurbanovun komandası isə altı oyundan sonra cəmi üç xalı var və qarşıda FKSB və “Olimpiakos”la oyunlar gözləyir”.
saytlarin hazirlanmasi