Kurban Berdiyev: "Komandanı oyuna kökləməklə bağlı problem yoxdur"

18:33 - 15 Dekabr 2024

"Gərgin oyun oldu. Küləyi nəzərə alsaq, müəyyən çətinlik çəkirdik. Məncə, oyun qola qədər davam edəcəkdi. Qol olmadığına görə hesabı qanunauyğun saya bilərik".

Sportal.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 17-ci turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- İlin sonuna yaxın komandanı oyunlara kökləmək çətin deyil?

- Xeyr. Bu mənada heç bir problem yoxdur. Uşaqlar oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşırlar.

- Qışda heyətə cəlb etmək üçün bəyəndiyiniz futbolçular var?

- Bütün komandalar kimi təbii ki, planlarımız var. Amma hələ konkret bir şey yoxdur.

- Oyun ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

- Hamı yaxşı oynadı. Buna görə də ehtiyac yox idi.

Elçin Əlixan

Xəbər xətti