"Qarabağ"ın "Elfsborq"a qarşı oyunu alınmadı. İkinci hissə zəif oynadılar. Hər komandada olduğu kimi "Qarabağ"da da eniş gedir. Nə ilə əlaqədar olduğunu bilmirəm. Hər halda, Qurban Qurbanov bunu daha yaxşı bilir. Belə yorğunluq hər komandada olur. Amma ən azından İsveçdən bir xalla qayıtmalıydıq ki, mərhələ adlaya bilək. Ümidimizi üzməyək. Qarşıda iki oyunumuz qalıb. Bakıda FKSB, səfərdə "Olimpiakos"la qarşılaşacağıq. Allah qoysa, altı xal götürüb, doqquz xalla pley-off mərhələsinə adlayarıq. "Qarabağ"da hər zaman oyun olurdu. Amma "Elfsborq"la görüşdə istənilən oyun da yox idi. Bəlkə də, "Qarabağ" avrokuboklarda ən zəif oyununu oynadı. Yəqin ki, enişdədilər. "Qarabağ"da yorğunluq var. "Elfsborq" çox istəkli idi. Çox istəyənin də bəxti gətirir".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq forvardı Paşa Əliyev deyib. O, Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib. Bununla yanaşı, komandanın legionerləri haqda fikirlərini bildirib:
"Juninyodan çox şey asılıdır. Son matçlarda heç cürə oyunu alınmır. Halbuki ondan çox şey gözləyirik. Abdulla Zubir, Yassin Benzianın da oyunu alınmır. Görünür ki, onlarda yorğunluq var. Müasir dönəmdir. "Qarabağ" Avropada nəticə verir, öz sözünü deyir. Ona görə də, Avropa klubları daha dərindən analiz edirlər. "Qarabağ" transfer etməlidir. Kadi Borges kimi güclü, məsuliyyəti öz üzərinə götürə bilən oyunçu almaq lazımdır. Oyunu həll edə biləcək futbolçulara ehtiyac var. "Sabah"la görüşdə də "Qarabağ" meydanda güc qoydu. İlk dəfə Azərbaycan çempionatında görürəm ki, "Qarabağ"a hansısa komanda müqavimət göstərdi. O görüşdə də komanda yoruldu".
Əliyev, "Qarabağ"ın sistem dəyişikliyinə getməsinin vacib olduğunu bildirərək, Qurban Qurbanovun da uğurlardakı əziyyətini qeyd edib:
"Məncə, sistemi dəyişmək lazımdır. Gərək komanda artıq başqa sistemdə oynasın. Doğrudur, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla, oradakı məşqçilər məndən çox bilərlər. Komandanın yanındadırlar. Kənardan heç nə bilə-bilmərik. Azərbaycan vətəndaşı olduğuma görə "Qarabağ"a çox inanıram. FKSB və "Olimpiakos"la görüşlərdən minimum 4 xal götürəcəyik. Amma nəticə də olmasa, heç nə olmaz. Qurban Qurbanov hər zaman "Qarabağ"ın baş məşqçi postunda olmalıdır. Zaman lazımdır. Baş məşqçi olmaq çox çətindir. Kənardan asan görünür, amma çox çətindir. Qurban Qurbanovun üzündən stressi, əsəbi kənardan görə bilirəm. Onun yerinə həyəcanlanıram. Əziyyəti böyükdür. Çox çətin anlar yaşayır. Allah Qurban Qurbanova da kömək olsun. Azarkeşlərimiz nəticə istəyirlər. Amma səbirli olmaq lazımdır. Bir oyunda zəif oynayanda heç vaxt deməyək ki, bu nə oyundur, niyə zəif oynadıq, filan. Axı, "Qarabağ"necə rəqiblərlə görüşlərdə bizə sevinc bəxş edib. "Qarabağ"a uğurlar arzulayıram. Layiqli şəkildə ölkəmizi, adını təmsil edib".
Mirbağırağa
saytlarin hazirlanmasi