"Argentina ardıcıl iki dünya çempionluğunu qazansa, karyeramı başa vuracam"

20:47 - 20 Dekabr 2024

Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martinez hansı şərtlər altında yaxın illərdə karyerasını bitirməyə hazır olduğunu bildirib.

Sportal.az "AFA Estudio"ya istinadən xəbər verir ki, təcrübəli qolkiper məsələ haqda bu cür danışıb:

"Ardıcıl iki dünya dünya çempionatında çempionluq qazanan komandanın olmadığını düşünürəm. Argentina millisi ilə ikiqat dünya çempionu olsam, karyeramı başa vuracam. Sizə söz verirəm. Qarşıdan gələn mundialdan sonra təqaüdə çıxacam. 32 yaşım yeni tamam olub. 2026-cı il dünya çempionatında mənim 33 yaşım olacaq, hələ gəncəm. 30 yaşıma çatanda oynamağa başladım, məndən nə istəyirsiniz? İki çempionluq yaşayım, bir daha oynamayacam".

Argentina millisi DÇ-2022-nin qalibi adını qazanıb. 

Xəbər xətti