"Qarabağ"ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qara dəniz təmsilçisinin azərbaycanlı sol cinah müdafiəçisini canlı izlədiyi və onun performansını bəyəndiyi bildirilir. "Trabzonspor"un yanvar ayında Azərbaycan milli komandasının üzvünü transfer etmək üçün cəhd edəcəyi gözlənilir.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 29 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi