"Qarabağ"In futbolçusu Juninyonun İspaniyanın "Sevilya" klubuna keçidi yekunlaşmaq üzrədir.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı hücumçunu satmağa razı olub. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Sevilya"nın "Qarabağ"a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Qarabağ" Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın "Şaveş" klubundan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi