"Qarabağ" Bolqarıstanın "Botev” klubunda forma geyinən Antuan Konteni transfer etmək istəyir.
Sportal.az "sportl.bg" portalına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi qvineyalı üçün danışıqlara başlayıb.
"Qarabağ"ın 31 yaşlı futbolçunu ilə aradan qaldırmağı planlaşdırır.
Qeyd edək ki, bu mövsüm “Botev”in heyətində 21 matçda meydana çıxan Antuan Konte ikili vətəndaşlığa sahibdir.
O, 2011-2016-cı illərdə Fransanın aşağı yaş qrupları üzrə bütün yığmalarının formasını geyinib. 2022-ci ildə əsas milli olaraq seçdiyi Qvineya yığmasının heyətində 16 matçda meydana çıxıb.
Qvineyalı karyerası ərzində PSJ, "Reyms", "Beytar", "Universitatya Krayova", "Hapoel Tel-Əviv" komandalarında da oynayıb.
saytlarin hazirlanmasi