Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”ın rəqibi olan FKSB Bakıda keçirəcəkləri oyun öncəsiLuis Felipe ilə vidalaşa bilər.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, braziliyalı komanda ilə Antalyada (Türkiyə) təlim-məşq toplanışına yollanmayıb.
Moldovanın “Şerif” klubu Felipenin xidmətində maraqlıdır. Daha əvvəl klubun sahibi Gigi Bekali forvardı 400 min avroya satmağa hazır olduğunu bildirmişdi. Qeyd edək ki, 23 yaşlı vingerin FKSB ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, bu komandaya 2024-cü il yanvarın 1-də keçib. Luiz “Zaltsburq”, “Braqantino”, “Luqano”, “Nautiko”, “Botafoqo”, “Paysandu”, “Poli Yaşi” klublarında oynamışdı.
"Qarabağ" - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat görüşə 21:45-də start veriləcək.