"Qarabağ" Rumıniyanın "Hermanştatd" klubunda çıxış edən Yanis Stoyka ilə maraqlanır. Bu barədə Sport24.az saytı məlumat yayıb.
Məsələ ilə bağlı rumıniyalı vingerin agenti Kristian Kernodolea ilə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən 22 yaşlı futbolçunun nümayəndəsi məlumatı nə təstiq etdi, nə də təkzib:
"Çox tez olduğu üçün şərh vermək və potensial marağı məhv etmək istəmirəm. Bu xəbərin mətbuatda çıxmasına təəccübləndim".
Qeyd edək ki, "Hermanştatd" Yanis Stoykanı 2024-cü ilin fevral ayında FKSB-dan transfer edib. Rumıniya U-21 millisinin üzvü olan futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" portalında Stoykanın dəyəri 1,6 milyon avro qeyd olunub.
saytlarin hazirlanmasi