FKSB-nin kapitanı Darius Olaru Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”a qarşı Bakıda keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, Rumıniya çempionunun əsas oyunçularından biri "Hamburq"a qarşı keçirilmiş (2:1) görüşdə çiynindən ciddi zədə alıb.
O, ikinci hissədə rəqiblə şiddətli təmasdan sonra əvəzlənib və birbaşa xəstəxanaya aparılıb. Rumıniya mətbuatının məlumatına görə, Olaru təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Qarabağ" - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.