“Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç məşqçi fəaliyyətinə başlayıb.
Sportal.az xəbər verir ki, aktiv futbolçu karyerasını bərpa etdikdən sonra məşqçilik kurslarını oxumuş serbiyalı öz ölkəsində çalışacaq.
O, futbolçu kimi son olaraq formasını geyindiyi “Yedintsvo Ub” klubuna baş məşqçi təyin edilib. 34 yaşlı məşqçi mövsümün sonuna qədər Serbiya klubunda işləyəcək.
Qeyd edək ki, “Yedintsvo Ub” hazırda Serbiya Superliqasında turnir cədvəlində 16 komanda arasında sonuncudur.